SON DƏQİQƏ

Bakının bu ərazisində qaz olmayacaq

Tarix:

26-12-2019, 21:02

/ 838 dəfə oxundu.
Bakının bu ərazisində qaz olmayacaq

Dekabrın 27-də səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən GunAz.az-a verilən məlumata görə, baş verəcək fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil.

Belə ki, Xırdalan şəhərinin H.Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb. Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

скачать dle 12.1

Şərhlər