SON DƏQİQƏ
» » MSK bələdiyyə seçkisinin nəticəsini gələn il yanvarın 12-dək təsdiqləyəcək

MSK bələdiyyə seçkisinin nəticəsini gələn il yanvarın 12-dək təsdiqləyəcək

Tarix:

25-12-2019, 12:33

/ 1 296 dəfə oxundu.
MSK bələdiyyə seçkisinin nəticəsini gələn il yanvarın 12-dək təsdiqləyəcək

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini 2020-ci il yanvarın 12-dək təsdiqləyəcək.
Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarının yoxlamalı və təsdiq etməlidir.
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 12-dək olan dövrü əhatə edir.

Eyni zamanda Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSKsəsvermə günündən başlayaraq ən geci 25 gün müddətində seçkilərin yekununu elan etməlidir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dək olan dövrü əhatə edir.

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ