SON DƏQİQƏ
» » İcbari tibbi sığorta tətbiq edildi, işçilərin maaşları artırıldı

İcbari tibbi sığorta tətbiq edildi, işçilərin maaşları artırıldı

Tarix:

24-12-2019, 20:47

/ 1 776 dəfə oxundu.
İcbari tibbi sığorta tətbiq edildi, işçilərin maaşları artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az-ın məlumatına görə, sərəncamla Babək rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ