
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. İlk dəfə bələdiyyə institutu Azərbaycanda 1999-cu ildə yaradılıb. Bununla belə, 20 il ərzində bələdiyyələr ölkəmizdə ancaq torpaq alqı-satqısı ilə məşğul olan qurumdan başqa heç bir imic qazanmayıb. Görəsən bu dəfə seçkilərin nəticəsi necə olacaq? Yeni bələdiyyələr fərqli olacaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bələdiyyələrin səlahiyyətləri ilə bağlı dəyişikliklər etmək lazımdır: "Seçkilərdən sonra biz bu təşəbbüslə çıxış edəcəyik. Bələdiyyə seçkilərinin daha aktiv olması üçün qanunvericilikdə müsbət dəyişikliklər olmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri daha çox inzibati xarakter daşımalıdır. Təsərrüfat funksiyaları bələdiyyələrdə olmalıdır. Nəqliyyatın hamısı bələdiyyələrə tabe olmalıdır. Bakı Şəhər Böyük Bələdiyyəsi olmadığı üçün nəqliyyat bizdə ayrı qurum kimi fəaliyyət göstərir. Düşünürəm ki, Bakı Şəhər Böyük Bələdiyyəsi yaradılmalıdır".
GunAz.az