SON DƏQİQƏ
» » Sığorta sistemin geniş tətbiqinə ehtiyac var - VİDEO

Sığorta sistemin geniş tətbiqinə ehtiyac var - VİDEO

Tarix:

20-12-2019, 19:30

/ 1 751 dəfə oxundu.
Sığorta sistemin geniş tətbiqinə ehtiyac var - VİDEO

Ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsinlər.

 

Bunu Prezident İlham Əliyev dünən keçirilən müşavirədə son vaxtlar iri ticarət obyektlərindəki yanğınlara münasibət bildirərkən deyib.

 

Dövlət başçısı bədbəxt hadisələrə görə digər ölkələrdə dövlətin təzminat ödəmək ənənəsi olmadığını və bu problemdən ən yaxşı çıxış yolunun dünyada qəbul edilmiş sığorta sistemi olduğuna diqqət çəkdi. Prezident İlham Əliyev indiyə qədər bədbəxt hadisələrdən zərər çəkən vətəndaşlara dövlət tərəfindən yardım edildiyini bildirib. Prezident onu da xüsusi vuğuladı ki, altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir. Dövlət ancaq ehtiyacı olana kömək etməlidir. Sahibkarlara çağırış edən dövlət başçısı dünyada qəbul edilmiş sığorta mexanizminin geniş şəkildə tətbiq olunmasının vacibliyini bildirdi.

 

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Musa Qasımlı bildirib ki, dövlət başçısının bu məsələdə sahibkarlara çağırış etməsi ölkədəki problemlərin həllində daha qabaqcıl təcrübələrin tətbiqi baxımından önəmlidir.

 

Onun sözlərinə görə, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə etibarlı biznes mühiti yaradılıb və ölkədə gedən inkişafa sığorta şirkətləri də dəstək olmalı, üzərlərinə sosial məsuliyyət götürməyi bacarmalıdırlar.

 

Qeyd edək ki, son 1 ayda paytaxtda iki böyük ticarət obyektində güclü yanğın baş verib. Nəticədə sahibkarların on minlərlə manat dəyərində olan məhsulları yanaraq yararsız hala düşüb. Bu isə daşınmaz əmlakın icbari sığortası məsələsini daha da aktuallaşdırıb. Gələn il yanvarın 1-dən etibarən isə daşınmaz əmlakını icbari sığortalatdırmayan şəxslər cərimə ediləcəklər.

 

 

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/pEkQpd52D-Y

скачать dle 12.1

Şərhlər