SON DƏQİQƏ
» » Yaxın illərdə azərbaycanlı İsveçi idarə edə bilər - “FOKUS” dərgisi

Yaxın illərdə azərbaycanlı İsveçi idarə edə bilər - “FOKUS” dərgisi

Tarix:

17-12-2019, 18:01

/ 2 709 dəfə oxundu.
Yaxın illərdə azərbaycanlı İsveçi idarə edə bilər - “FOKUS” dərgisi

 

İsveçin “Fokus” dərgisi yaxın illərdə ölkəni idarə edəcək siyasətçilərin adlarını açıqlayıb. Dərgi İsveçin 27 lideri ilə bağlı təhlil dərc edib.

Məqalədə qeyd edilən siyasətçilər arasında İsveç parlamentinin azərbaycanlı deputatı, İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü Aylin Fazelianın da adı çəkilib. O, gələcəkdə İsveç Krallığını idarə edən siyasətçilərdən biri ola bilər. Bu barədə “Fokus” dərgisi geniş məqalə yayıb. “Fokus” dərgisi azərbaycanlı deputat haqqında geniş məlumat verib.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb. Bir müddət əvvəl Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Höteborq bölgəsi və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ