SON DƏQİQƏ

Bakıda tramvay xətləri bərpa ediləcək

Tarix:

17-12-2019, 12:42

/ 641 dəfə oxundu.
Bakıda tramvay xətləri bərpa ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

GunAz.az xəbər verir ki, C.Qurbanov bu gün keçirdiyi mətbuat konfransında Bakıda tramvay xətlərinin bərpa edilməsinin çətinliyindən danışıb: "Bakıda tramvay xətlərini söküblər. Onun yerinə xətlər tikmək bir az çətindir. Lakin bu məsələ haqqında da düşünülür".

O bildirib ki, tramvay xətlərinin çəkilməsi ilə bağlı xarici şirkətlərə müraciət olunub və QSC də bununla bağlı biznes plan hazırlayır: "Biləcəridən Pirşağıya, həm də Əhmədli, Nasoslu, Maştağa tərəfə xətlər çəkilə bilər”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ