SON DƏQİQƏ
» » Azərbaycandan topladığı pullarla Amerikada xeyriyyəçiliyə başladı

Azərbaycandan topladığı pullarla Amerikada xeyriyyəçiliyə başladı

Tarix:

17-12-2019, 08:30

/ 1 507 dəfə oxundu.
Azərbaycandan topladığı pullarla Amerikada xeyriyyəçiliyə başladı

Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarova Amerikada xeyriyyəçiliklə məşğuldur.

 Bu günlərdə köməkçisinin ABŞ-a köçdüyünü və orada yaşadığını dediyi xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bağlı maraqlı məlumatlar yayılıb.

GunAz.az  xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun sözlərinə görə, Zeynəb Xanlarova ABŞ-a 2012-ci ildən köçüb. Xalq artisti 7 il əvvəl Amerikada "Zeynəb Xanlarova Fondu"nu (Zeynab Khanlarova Foundation) təsis edib, xeyriyyəçiliklə məşğuldur.

Millət vəkilinin 2013-cü ildə Bruklində (Nyu Yorkun beş borosundan biri), Şipşid Bay Rd (Sheepshead Bay Rd) 1629 ünvanında tikdirdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 2500 fut (232.2 kv/m) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir.

Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Bir müddət öncə Zeynəb Xanlarovanın köməkçisi xalq artistinin ABŞ-a köçdüyünü bildirmişdi. Lakin Z.Xanlarova artıq buraxılan Milli Məclisin plenar iclaslarına qatılırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ