"Samsung" şirkəti "Galaxy A51"dən sonra yeni "Galaxy A71" modelini təqdim edib.
İnteqrasiya edilmiş barmaq izi skanerinə malik 6,7 düymlük displeydə kəsik və dəlik yoxdur - ön kamera matrisin yuxarı hissəsində kiçik dəlikdə yerləşdirilib. Smartfonun danışıq dinamiki yuxarı çərçivə sahəsində yerləşdirilib.
"Galaxy A71 modeli "Snapdragon 730" prosessoru, 6/8 QB əməli yaddaş və 128 QB-lıq daşıyıcı (tutumu 512 QB-dək "microSD" kartı quraşdırmaq mümkündür) ilə təchiz edilib.
Arxa qapağın sol tərəfində quraşdırılmış əsas kamera 4 sensordan ibarətdir. Əsas sensorun təsvir ölçüsü 64 meqapiksel, digərlərinin isə 12 (genişbucaqlı optika), 5 (makroobyektiv) və 5 (dərinlik sensoru) meqapikseldir. Ön kamera 32 meqapiksel təsvir ölçüsündə şəkillər çəkir.
GunAz.az
N.SAFURA