SON DƏQİQƏ

Prezident sorğusu: KM bu gün qərar verəcək

Tarix:

4-12-2019, 09:33

/ 579 dəfə oxundu.
Prezident sorğusu: KM bu gün qərar verəcək

Bu gün saat 12:00-da Prezident İlham Əliyevin sorğusuna əsasən Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

GunAz.az xəbər verir ki, Plenumda Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarının Azərbaycan Konstitusiyasına uyğun olub-olmaması barədə qərar veriləcək.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna 2 dekabr tarixində baxmış və Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ