SON DƏQİQƏ

Azərbaycanlı Doktorant BMT-nin tədbirində

Tarix:

30-11-2019, 08:00

/ 1 285 dəfə oxundu.
Azərbaycanlı Doktorant BMT-nin tədbirində

Berlində İnternetin gələcəyi müzakirə olunub.
 25-29 Noyabr 2019 tarixləri aralığında BMT-nın dəstəyi ilə Berlində Qlobal İnternet İdarəçiliyi Forumu keçirilib. Tədbirdə iştirak edən həmyerlimiz, Almaniyanın Tübingen Universitetinin Hüquq Fakültəsinin araşdırmaçı-doktorantı Təbriz Raufoğlu GunAz.az-a açıqlamasında bildirib ki, forum hökumət, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə baş tutub. O, əlavə edib ki, Dünyanın tanınmış texno-korparasiyalarından, elm mərkəzlərindən qatılımın olduğu Forumda internet idarəçiliyi sahəsində mövcud vəziyyət, bu sahədə qlobal konsensus, internetlə bağlı yurisdiksiya məsələləri, kibertəhlükəsizlik, şəxsi informasiyanın qorunması və toxunulmazlığı, süni intellektin gətirdiyi yeniliklər və risklər ayrı-ayrı panellər vasitəsi ilə müzakirəyə çıxarılıb, konkret təkliflərin hazırlanması üçün dəyirmi masalar təşkil edilib. Forum çərçivəsində gənc həmyerlimiz panel müzakirələrində iştirak edərək internetin meydana gətirdiyi yurisdiksiya problemlərinə, bu sahədə mövcud olan hüquqi boşluqlara toxunmuş, beynəlxalq hüququn təsirsiz vəziyyətdə qaldığı indiki durumun dəyişdirilməsi gərəkliyini diqqətə çatdırmışdır. Təbriz Raufoğlu çıxışında, həmçinin, İnternet İdarəçiliyi Forumu təşəbbüsündə gənclərin və elmi ictimaiyyətin iştirakının vacibliyini də vurğulayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ