SON DƏQİQƏ
» » Təbriz Rauf oğlu "Mədəni Diplomatiya İllik Konfransında" iştirak edib

Təbriz Rauf oğlu "Mədəni Diplomatiya İllik Konfransında" iştirak edib

Tarix:

22-12-2017, 19:07

/ 1 079 dəfə oxundu.
Təbriz Rauf oğlu "Mədəni Diplomatiya İllik Konfransında" iştirak edib

"Prezident təqaüdçüləri" Gənclər Birliyinin rəhbəri, Ankara Universitetinin Hüquq Elmləri üzrə Doktorantı Təbriz Rauf oğlu 19-22 Dekabr tarixləri aralığında Berlində keçirilən "Mədəni Diplomatiya İllik Konfransında" iştirak edib.

Gunaz.az xəbər verir ki, Təbriz Raufoğlu axar.az-a açıqlamasında bildirib ki, Belçikanın keçmiş Baş naziri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibinin sabiq müavini Yves Leterme, Albaniyanın eks-prezidenti Bujar Nişani, Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Avropa Parlamentinin deputatı Alojz Peterle kimi tanınmış ictimai-siyasi xadimlərin qatıldığı beynəlxalq konfrans çərçivəsində mədəni diplomatiyanın tətbiqi, münaqişə bölgələrində dialoq mühitinin formalaşdırılması, Balkan ölkələri arasında ikili əlaqələrin vəziyyəti, Qara dəniz hövzəsində yerləşən ölkələrin Avropa Birliyi ilə əlaqələri və.s mövzular ətrafında müzakirələr təşkil edilib. O, fikirlərinə belə davam edib:

"Tədbirə təşrif buyuran fəxri qonaqların iştirakı ilə baş tutan panel müzakirələrdə və ikili görüşlərdə ölkəmizi və yerləşdiyimiz regionu narahat edən münaqişələrlə bağlı məsələ qaldırdıq, sülhün və təhlükəsizliyin təmin edilməsinin, mövcud bütün münaqişələrə münasibətdə beynəlxalq hüququn normalarının heç bir əlavə şərt irəli sürülmədən tətbiqinin vacibliyini vurğuladıq. Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, gənclər təşkilatlarının hər zaman konstruktiv mahiyyət daşıyan, hüquqi prinsiplərə söykənən obyektiv əməkdaşlığa hazır olduğunu bəyan etdik."

Təbriz Raufoğlu əlavə edib ki, konfrans ərzində Belçikanın keçmiş Baş naziri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibinin sabiq müavini Yves Leterme, Albaniyanın eks-prezidenti Bujar Nişani, Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Avropa Parlamentinin deputatı Alojz Peterle ilə görüş imkanı əldə edib, həmin şəxslərə ölkəmiz haqqında məlumat verib, müzakirələr aparıb.

Birlik sədri onu da bildirib ki, Albaniyanın 2012-2017-ci illərdə Prezidenti olmuş Bujar Nişani həmyerlisi Ansi Aqollinin də çıxış etdiyi Ağdamın "Qarabağ" futbol komandasını Çempionlar liqasındakı uğuruna görə təbrik edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ