SON DƏQİQƏ

Etiraf cəsarət və müdriklik tələb edir.

Tarix:

21-11-2019, 11:54

/ 3 201 dəfə oxundu.
Etiraf cəsarət və müdriklik tələb edir.

1990-cı ilin qanlı 20 yanvar gecəsi haqqında çox deyilib, çox yazılıb-dır. Bu tarix xalqımızın milli faciəsi, həm də qəhrəmanlıq tarixidir. İllər, qərinələr, əsrlər ötdükcə onlar şəhidlik zirvəsinə yüksəlməkləri ilə gələcək nəsillər üçün and yerinə çevriləcəklər, hamının qəlbində ölməzlik rəmzi ki-mi həmişə yaşayacaqlar, xalqımızın məğrurluğunu dünyada tanıdacaqlar.

Bu faciənin, əlbəttə, əsl günahkarı kommunist rejimidir. Bu rejimin ömrünü canfəşanlıqla uzatmaq istəyən Qorbaçov - onun cəlladları Yasov, Bakatin, Azərbaycandakı əlaltıları - Vəzirov, Mütəllibov və digərləridir. Onların əlləri günahsız qana batıb, dəhşətli cinayət törədiblər. Buna görə öz cəzalarına çatmalıdırlar. İndi müvəqqəti də olsa cəzadan kənarda qalıb-lar. Lakin tarix qarşısında, xalq qarşısında cəzadan heç kəs yaxa qurtara bilməyibdir. Tarixin dərsi çox sərt olub. “Nahaq qan yerdə qalmaz” deyib-lər.

20 yanvar xalqımızın qan yaddaşıdır. Bu qanlı hadisəyə gedən yol Ulu Öndər Heydər Əliyevin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosundan uzaqlaşdırılmasından sonra başlandı.

Elə bununla da vətənimizin çətin, ağır günlərinin və xalqımızın faciəsinin təməli qoyuldu.

Çox keçmədi ki, Dağlıq Qarabağda separatçı qüvvələr baş qaldırdı-lar. Dağlıq Qarabağı qoparıb Ermənistana birləşdirmək üçün kütləvi aksi-yalar, tətillər keçirməyə başladılar, itaətsizliklər ara vermədi. Bunların qarşısı vaxtında alına bilərdi, təəssüflər olsun ki, alınmadı, üstəlik Vəzirovun vəzifəyə gətirilməsi ermənilərin və onların havadarlarının sanki qol-qanadlarını açdı, yollarında yaşıl işıq yandırdı.

Möhtərəm Heydər Əliyevin əleyhinə böhtan-iftiraçı kampaniya baş-ladı – Respublika daxilində və SSRİ miqyasında, televiziya, radio, qəzet və jurnallarda yalan və iyrənc materialların verilməsi planlı və ardıcıl su-rətdə həyata keçirildi. Bu işdə sanki bir yarış başlamışdı: kim daha çox ifti-ra və böhtan yazar.

Ermənilər azərbaycanlıları kütləvi surətdə öz ata-baba torpaqlarından – Ermənistandan, Qarabağda yaşayan Azərbaycan vətəndaşlarını isə Dağ-lıq Qarabağdan qovub didərgin saldıqları və onların barələrində görünmə-miş vəhşiliklər törətdikləri bir vaxtda Bakıda erməniləri işdən çıxaran, ya-xud onların xətrinə dəyən adamlara qarşı amansız mübarizə kampaniyasına başlanmışdı. Öz xoşu ilə, öz ərizəsi ilə işdən azad olunanların günahı da nazirlik, idarə, müəssisə və təşkilat rəhbərlərində axtarılırdı. İlk partiya təş-kilatlarından Mərkəzi Komitənin Bürosuna qədər erməniləri işdən çıxaran

rəhbər işçilərə qarşı çox ciddi cəza tədbirləri görülürdü. Daxili İşlər naziri-nin birinci müavini V.Barannikov, Nazirliyin siyasi şöbəsinin rəisi-Eldar Xasməmmədov, partiya komitəsinin katibi-Zöhrab Cəfərov bu işdə xüsusi canfəşanlıq göstərirdilər. Hər belə faktı- büroda çox ciddi müzakirə edirdilər, cəza tədbirləri görüb, şəxsən Vəzirova raport verirdilər. Buna aid çoxlu misallar göstərmək olar.

1988-ci il fevralın 28-də Sumqayıt hadisələri törədildi. Mart ayının 2-də guya bu hadisədə iştirak etdiklərinə görə Sumqayıtdan 414 nəfər tutub gətirdilər və bizə təhvil verdilər. Onlardan 148 nəfəri Bayıldakı 1 nömrəli təcridxanada, 216 nəfəri isə Şüvəlandakı 3 nömrəli təcridxanada yerləşdir-dik. Mən o vaxt İslah işləri idarəsinin rəisi vəzifəsində işləyirdim.

Göstəriş verdim ki, tutulanların hamısı həkim müayinəsindən keçiril-sin. 34 nəfərin bədənlərində müxtəlif dərəcəli xəsrətlər müəyyən edildi və müvafiq qaydada sənədləşdirildi. Onların hamısına lazimi tibbi yardım göstərildi.

Tutulanların 7 nəfəri rus, 5 nəfəri ləzgi, 2 nəfəri tatar, 1 nəfəri yəhu-di, 3 nəfəri erməni, bir nəfəri isə polşa millətindən olan adamlar idi.

414 nəfərdən 7 nəfəri kommunist, 225 nəfəri komsomolçu, 182 nəfə-ri isə bitərəf idi. Bunlardan:

18 yaşına qədər -31 nəfər

25 yaşına qədər -227 nəfər

35 yaşına qədər -126 nəfər

35 yaşından yuxarı -30 nəfər

Məhkumluğu olmayanlar -392 nəfər

Bir dəfə məhkumluğu olan -22 nəfər 

143 nəfər -Sumqayıtda

15 nəfər -Bakıda

30 nəfər -Ermənistanda

8 nəfər -Ağsuda

8 nəfər -Şamaxıda

26 nəfər -Qubadlıda

5 nəfər -Qubada

8 nəfər -Cəbrayılda

4 nəfər -Naxçıvanda

167 nəfər -respublikanın digər rayonlarında doğulanlar idi 

Tutulanların arasında: 

333 nəfər -fəhlə

35 nəfər -tələbə

23 nəfər -şagirdlər

18 nəfər -müvəqqəti işləməyənlər

3nəfər -2-ci qrup əlili

2 nəfər -hərbiçilər var idi.

 

Sonradan məlum oldu ki, Sumqayıt hadisələrində iştirakçı kimi tutu-lan adamların əksəriyyətinin bu hadisədə günahları yoxdur, onların çoxu küçələrdə, meydançalarda keçirilən “oblava”lar, “reyd”lər nəticəsində tu-tulmuşdular.

Onların bəziləri ilə aparılan söhbətlər və keçirilən əməliyyat tədbirlə-ri nəticəsində 1988-ci ilin iyul ayının 25-də müəyyən etdik ki, Sumqayıt hadisəsi dəfələrlə məhkum olunmuş, Azərbaycan dilini təmiz bilən, cina-yətkar aləmdə “Paşa” ləqəbi ilə tanınan Qriqoryan Joranın vasitəsilə həyata keçirilmişdir. Belə ki, Qriqoryan gecə fəhlə və tələbə yataqxanalarına gedərək yeniyetmə və cavanlara güclü təsiredici həblər və pul paylamışdır. Sumqayıtda yaşayan ermənilərin ünvanlarını onlara vermiş, insan axınının qabağına düşərək bir neçə erməniləri bilavasitə özü qətlə yetirməklə başqalarına “nümunə” göstərmişdir.

Bu barədə 25 iyul 1988-ci ildə 17/28-14s nömrəli məktubla Respub-lika Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdik.

Bu məlumatı alandan sonra Moskvadan DTK-nin müstəntiqləri Bakı-ya gəldilər və işin istintaqını öz icraatlarına götürüb bizimlə birgə çalışdı-lar. Sumqayıt hadisələri Qriqoryan tərəfindən həyata keçirilməsi tam sübu-ta yetirildi. Qriqoryan bütün bunları istintaq zamanı etiraf etdi.

Axırı nə oldu?

Belə çox mühüm və əhəmiyyətli informasiya nə mətbuatda verildi, nə də ki dünya ictimaiyyətinə çatdırıldı. Doğrusu buna heç cəhd belə edilmədi. Ümumiyyətlə, o dövrdə dövlətin kütləvi informasiya vasi-tələrində ermənilərin mənafeyinə toxunan, onların xətrinə dəyən informa-siyaların getməsinə yol verilmirdi. Nəticədə Azərbaycan xalqı beynəlxalq aləmdə günahkar kimi qaldı və təkləndi.

Bunların davamı kimi respublikada yüksək vəzifə tutan tanınmış kadrlarına qarşı şantaj metodu ilə onları qorxutmaq, vahiməyə salmaq xətti yeridilməyə başlandı. Bunu həyata keçirmək məqsədilə A.Vəzirov çoxlu

saydan ibarət əməliyyat istintaq qruplarının əməkdaşlarını 1989-cu ildə Moskvadan Bakıya gətizdirdi.

Moskvanın əmri ilə Şüvəlan istintaq təcridxanası Azərbaycan Daxili İşlər Nazirliyinin tabeçiliyindən çıxarılaraq bir başa Moskvanın tabeçiliyinə verildi. Təcridxanaya nəzarəti bizim işçilərə etibar etmədiklərinə görə, nəzarətçiləri də Rusiya Federasiyasından gətirmişdilər. Tutulan adamları orada saxlayırdılar.

Onlardan zor və şantaj üsulu ilə Azərbaycanın tanınmış rəhbər işçilə-rini ləkələyən ifadələr almağa başladılar. Moskvadan gələnlər açıqca de-yirdilər ki, onların qarşısında məqsəd qoyulub ki, ikinci “Özbəkistan işi”ni Azərbaycanda açsınlar. Heydər Əliyevin yetişdirdiyi kadrları ləkələsinlər, nəyin bahasına olursa olsun cinayətkar damğası vursunlar və Heydər Əliyev əleyhinə onlardan ifadələr alsınlar.

Belə qanunsuz əməllərə etiraz səslərini ucaldan adamlar o vaxt az ta-pılırdı. Kim baş qaldırsaydı – onun barəsində də şantaja əl atılır və sərt cəza tədbirləri görülürdü.

3 nömrəli istintaq təcridxanası Moskvadan gələn əməliyyat-istintaq qrupunun tabeçiliyinə verilməsinə baxmayaraq, biz orada lazimi pozisiya yarada bilmişdik və orada gedən proseslərdən xüsusilə əməliyyatçıların qanunsuz əməllərindən xəbərimiz var idi.

Bizə məlum idi ki, Daxili İşlər nazirinin birinci müavini Viktor Ba-rannikov, Moskva əməliyyat-istintaq qrupunun rəhbəri Aslaxanov, onun müavini SSRİ Daxili İşlər Nazirliyinin SƏDM Baş idarəsinin şöbə rəisi Belousovun rəhbərliyi altında gecə-gündüz tutulan adamları döyüb, cürbə-cür işgəncələr vermək və bir çox hallarda isə müxtəlif üsullarla ələ almaq yolu ilə respublikanın nəqliyyat, səhiyyə, xalq təhsili, ticarət sistemində, həmçinin Daxili İşlər, prokurorluq, Milli Təhlükəsizlik, Partiya və Sovet orqanlarında yüksək vəzifə tutan şəxslər barədə zorla ifadələr alırdılar, on-ları ləkələmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bəzilərinə isə hədə-qorxu gəlib küllü miqdarda rüşvət yığırdılar, pulları surquçlanmış, möhürlənmiş kisələrə doldurub “cinayət işinin sənədləri” kimi guya “Moskvaya məruzə üçün aparılır” adı altında respublikadan daşıyırdılar. Pullardan əlavə mebel dəstləri, qızıl, daş-qaş və digər defisit malları da Ba-kıdan aparırdılar.

İstintaq izolyatorunda bütün belə işlərin həyata keçirilməsinin təşki-lini isə Moskvadan gələn əməliyyat-istintaq qrupunun üzvləri, milis pod-polkovniki Çijik İvan İvanoviç, milis mayorları Şkolin Vladimir Alek-sandroviç və Rezniçenko Serqey Semyonoviç həyata keçirirdilər.

Nəhayət daxil olan informasiya əsasında 1989-cu ilin sentyabr ayının 2-də bizim tərəfimizdən keçirilən əməliyyat tədbirləri nəticəsində vəzifəsindən sui-istifadə edib məxfi iş qaydaların kobud surətdə pozmaqla rüşvət aldığı zaman V.Şkolini cinayət başında yaxaladıq. Həmin gecə təxirəsalmaz yoxlamalar keçirdik. Şkolinin məhbuslarla qeyri-qanuni əlaqəyə girməsini, rüşvət almasını, üç nəfər məhbusu cinayətə təhrik etməklə digər ağır cinayətlər törətməsini təsdiq edən sənədləri topladıqdan sonra səhərisi günü martın 3-də SSRİ Daxili İşlər Nazirliyinin rəhbərliyinə teletayp göndərərək V.Şkolinin əməlləri haqqında ətraflı məlumat verdim.

SSRİ Daxili İşlər Nazirliyindən gələn nümayəndələrlə birlikdə aparı-lan sonrakı araşdırmalar zamanı bu faktların hamısı öz təsdiqini tapmaqla bərabər məlum oldu ki, 1989-cu ilin təkcə avqust-sentyabr aylarında Çijik İ.İ, Rezniçenko S.S və Şkolin V.A məhbuslarla cinayət əlaqəsinə girərək heç bir mühaffizə olmadan qanunvericiliyin tələblərini kobud surətdə pozaraq onları dəfələrlə istintaq izolyatorundan çıxarıb, müxtəlif şəxslərin bağlarında və evlərində qohumları, dostları və digər tanışları ilə görüşlərini təşkil ediblər.

Habelə, S.Rezniçenko öz qohumu V.A.Kuznetsovanın vasitəsi ilə 18 min 500 rubl rüşvət alaraq digərləri ilə bölüşdürmüşdür.

Briqadanın rəhbəri Belousov İ.Q və briqadanın qərəgah rəisi Pono-maryov B.V isə S.Rezniçenkonun, İ.Çijikin və V.Şkolinin cinayətkar hərə-kətlərini ört-basdır etməyə ciddi cəhdlə səy göstərmişdilər.

Moskvadan gələn milis işçilərinin belə ağır cinayət törətmələrinə baxmayaraq onların barələrində heç bir cəza tədbiri görülmədi. Bunlardan yalnız V.Şkolin işlədiyi Tumen vilayətinin Panqelas şəhər daxili işlər şö-bəsinin rəisinin 23 oktyabr 1989-cu il 88 nömrəli əmri ilə intizam qayda-sında formal cəzaya layiq görülmüşdür. V.Şkolinə şiddətli töhmət elan olunmuşdur. Cinayət törətməkdə təqsiri olan digər milis işçiləri barəsində isə heç bir ölçü götürülməmişdir.

Belə ədalətsizliyə qarşı etiraz əlaməti olaraq SSRİ Daxili İşlər naziri-nin birinci müavini, o dövrdə nazir vəzifəsini əvəz edən, yaxşı tanıdığım və Azərbaycan xalqına xoş münasibəti olan general-polkovnik Şilov İvan Fyodoroviçə birbaşa müraciət etdim( hazırda Şilov İ.F Rusiya Daxili İşlər Nazirliyində Veteranlar Şurasının sədridir və bizim xalqa olan yaxşı münasibətini indi də saxlamışdır), baş verən cinayətlər və keçən neqativ proseslər haqqında ona ətraflı məlumat verdim.

Doğrusu mənim başqa əlacım da yox idi. Respublikada bu barədə müraciət olunası nə bir orqan, nə də ki möhtərəm bir şəxs yox idi. Məni bir tərəfdən Moskvadan gələn briqadanın rəhbərləri, digər tərəfdən isə Viktor

Barannikov, onun Daxili İşlər Nazirliyindəki “quyruq bulayanları” və nə-hayət, A.Vəzirov bu işlərə görə təqib edirdilər, hər cür təzyiqlərə məruz qalırdım. Çünki Barannikovun kabinetində mən Asalaxanova demişdim ki, Azərbaycanda ikinci “Özbəkistan işi” almaq sizə müəssər olmayacaqdır, nahaq yerə günahsız adamları incitməyin.

İ.Şilova zəng vurub vəziyyəti ona məruzə edəndən sonra bir balaca rahat olsam da, nigarançılıq hələ çox qalırdı. Düzü inanmırdım ki, o, bu məsələni obyektiv araşdırıb lazimi qiymət verə bilsin. Çünki elə bu əmə-liyyat-istintaq briqadası SSRİ Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş-di. Lakin İvan Fyodoroviçin məni axıra kimi dinləməsi və səmimi danışığı bu məsələnin obyektiv həll olunmasına ümidimi artırırdı. Nəhayət, İ.F.Şi-lovun imzası ilə SSRİ Daxili İşlər Nazirliyinin “Azərbaycan Respublika-sında SSRİ Daxili İşlər Nazirliyinin briqada üzvlərinin Sosialist qanunçu-luğunu kobud surətdə pozmaları haqqında”kı 0201 nömrəli 19 dekabr 1989-cu il tarixli əmrini alandan sonra inandıq ki, mübarizə apardıqda haqq işi qalib gəlir.

Həmin əmrlə qanunçuluğu kobud surətdə pozaraq məhbuslarla cina-yət əlaqəsinə girib ağır cinayət törətdiklərinə və zabit şərəfini ləkələdiklə-rinə görə Şkolin Vladimir Aleksandroviç, Çijik İvan İvanoviç və Rezni-çenko Serqey Semyonoviç Daxili İşlər Orqanlarından xaric edildilər və on-ların barələrində cinayət işi qaldırıldı.

Belə fövqəladə hadisəni ört-basdır etdiklərinə görə SSRİ Daxili İş-lər Nazirliyinin əməliyyat-istintaq briqadasının rəhbəri Belousov İqor Keorkiyeviçə, briqada qərərgahının rəisi Ponomaryov Boris Vasilyeviçə şiddətli töhmət elan edilməklə vəzifələrindən kənarlaşdırıldılar.

Beləliklə A.Vəzirovun, V.Barannikovun və onların əlaltılarının arzu-ları ürəklərində qaldı, ümidləri puça çıxdı. Briqadanın üzvləri kələ-külələ-rini yığışdırıb yubanmadan respublikanı tərk etdilər.

Bununla da Vəzirovun qəzəbinə tuş gəldim. Göstəriş verdi ki, məni təcili işdən götürsünlər. Başlandı yoxlamalar, şantajlar...

1989-cu ilin noyabr ayında Viktor Barannikov və Eldar Xasməmmə-dovun canfəşanlığı nəticəsində və Vəzirovun Şəxsi göstərişinə əsasən 3 gün ərzində İslah İşləri İdarəsinin fəaliyyəti yoxlandı və Daxili İşlər Nazir-liyinin kollegiyasında müzakirəyə çıxarıldı. Kollegiya iclası sanki məhkə-mə prosesinə bənzəyirdi. Məni yoxlamanın nəticəsi ilə tanış etmədilər. Kollegiyanın üzvü olmağıma baxmayaraq mənə kollegiya sənədlərini belə vermədilər.

Buna baxmayaraq, mən Vəzirovun və onun əlaltılarının xalqın məna-feyinə zidd əməllərini açıqladım və öz sözümü dedim. Dedim ki, məni

Heydər Əliyevin adamı kimi, onun yetirməsi kimi işdən çıxarırsınız çıxa-rın. Vəzifəyə görə mən əqidəmdən dönən adam deyiləm.

O dövrdə hüquq-mühafizə orqanlarının fəaliyyəti iflic vəziyyətə düş-müşdü. Respublikanın əməliyyat şəraitinə nəzarət edə bilmirdilər, krimino-gen ünsürlər fəallaşıb təşəbbüsü təmamilə öz əllərinə ala bilmişdilər-şəhər-lərdə, rayonlarda komandanı onlar verirdilər.

Buna səbəb isə Vəzirovun özünəməxsus tərzdə apardığı səhv kadr si-yasəti nəticəsində rəhbər vəzifələr verilmiş şəxslərin öz vəzifələrinin öhdə-sindən gələ bilməməsi, çoxlarının isə respublika rəhbərliyinə ümid edib inamla işləməməsi idi.

Bundan istifadə edərək Xalq hərəkatının sıralarına soxulub orada özünə yer tapan, bəzi adamlar respublikada gedən proseslərdən öz məqsəd-lərini həyata keçirmək üçün cürbə-cür vasitələrə əl atırdılar. 1989-cu ilin noyabr-dekabr aylarında və 1990-cı ilin yanvar ayında bir sıra islah-əmək müəssisələrinin ətrafında mitinqlər, piketlər keçirilirdi. Məhbusları da səsucaldıcılar vasitəsilə mitinqlərə qoşulmağa, itaətsizlik göstərməyə çağı-rırdılar. Ərazi milis orqanları isə bunun qarşısını ala bilmirdi. Lakin çox çətinliklə də olsa, belə halların qarşısını alırdıq və əməliyyat şəraitinə tam nəzarət edə bilirdik. Bəziləri isə hüquq-mühafizə orqanlarının fəaliyyətinə qanunsuz müdaxilə edərək, xaos vəziyyəti yaratmağa çalışırdılar, hər işə qarışırdılar.

Heç yadımdan çıxmaz, Daxili İşlər nazirinin birinci müavini V.Ba-rannikov 1989-cu il dekabrın 6-da mənə telefonla göstəriş verdi ki, Xalq Cəbhəsinin inzibati orqanlara nəzarət şöbə müdiri Nəsirov adlı adamı təcili qəbul edib, onun dedikləri məsələləri həll edim.

Mən Nəsirovu qəbuledəndə məlum oldu ki, o, bir böyük qovluq ərizə və sənədlərlə Bayıl təcridxanasına və müxtəlif rejimli digər islah əmək müəssisələrinə gedib məhbusları qəbul edərək, onların şikayətlərini yoxla-maq fikrindədir.

Vətəndaş Nəsirova bildirdim ki, onun belə işlər görməyə ixtiyarı yoxdur. Əgər onda ərizə, şikayət və digər sənədlər varsa Daxili İşlər Nazir-liyinə, prokurorluğa təqdim etməlidir. Məhkumların ərizələrini, şikayətlərini yalnız bu orqanlar yoxlaya bilər. Nəsirov əsəbiləşərək hikkə ilə bildirdi ki, əgər mən ona xoşluqla icazə verməsəm, o bunu zorla edəcəkdir. Mən isə ona xəbərdarlıq etdim ki, bu baş tutan məsələ deyil, gedib öz işi ilə məşğul olsun. Daxili İşlər Nazirliyindən təkrar göstərişə də mən eyni cavabı verdim və beləliklə, bu provokasiya baş tutmadı. Əgər bir balaca zəiflik, qorxaqlıq göstərilsəydi, təsəvvür edin bu Nəsirov hansı çirkin əməllərlə məşğul olardı! Sonra məlum oldu ki, Nəsirov dələduzluq

cinayəti törətdiyinə görə məhkum olunub və cəzasını islah-əmək düşərgə-sində keçmiş Daxili İşlər naziririn müavini Telman Əliyevlə bir kamerada onun “şestyorkası” olub və bəzi hüquq terminlərini də ondan öyrənibdir. İndi isə AXC-nin inzibati orqanlar şöbəsinin müdiri vəzifəsi daşıyır və dustaqların ərizə və şikayətlərini “araşdırmaqla” məşğuldur.

19 yanvar 1990-cı ildə Bakıda qara vahiməli bir sükut hökm sürürdü, küçələrdə əliyalın camaatdan başqa heç kim yox idi. Nə bir milis işçisinə, nə bir Avtomobil Müfəttişliyi işçisinə rast gəlmək mümkün deyildi. İslah-əmək müəssisələrində məhbuslar da çox ciddi narahatçılıq və təşviş içəri-sində idilər. Şəhərdəki vəziyyət onlara da öz mənfi təsirini göstərmişdi.

Axşam saat 7-də maşına oturub şəhərə çıxdım ki, vəziyyətlə tanış olum. Tbilisi prospekti ilə üzü yuxarı qalxanda, Səlyan kazarmasının qarşı-sında gördüm ki, çoxlu adamlar yığılıb yolu kəsərək, gedib-gələn maşınları saxlayıb, yoxlayırdılar. Məni də saxladılar və maşından çıxmağımı tələb etdilər. Maşından düşəndə ora yığışan adamlardan bəziləri məni tanıdı və salamlaşdılar. Tonqal yandırıb ətrafında qızınırdılar. Mən də onların yanına gəldim, dayandım, əksəriyyəti cavan və yeniyetmələr idi. Onlarla söhbət zamanı mənim “nə üçün bu soyuqda bura yığışmışınız” sualıma cavab verdilər ki, “rus qoşunları tankla şəhərə gələcəklər, onların qabağını kəsmək üçün barrikada düzəldirik. Bizə deyiblər ki, burada möhkəm dayanarsınız”. “Kim deyib, rəhbəriniz kimdir” sualıma dedilər ki, o bir azdan gələcək. Mən onları başa saldım ki, tankın ağırlığı 60 tondur. Bu barrikada tankın qabağında dura bilməz, dağılın gedin evinizə. Açığı, bu sözləri yaxşı qarşılamadılar və nəticədə nə baş verdi? Günahsız insanlar həlak oldular. Lakin onların dırnaqarası rəhbərlərinin heç birinin burnu da qanamadı...

Atışma başlanan kimi islah-əmək müəssisələrindən informasiya gəldi ki, məhbuslar hamısı ayağa qalxıb, zonalardan çıxıb rus qoşunları ilə vu-ruşmaq istəyirlər. Mən güllə yağışı altında gedib 1-ci, 6-cı kalonlarda məhbuslarla görüşdüm və onlara bildirdim ki, sizin bu vətənpərvərliyiniz təqdirə layiqdir, amma çıxsanız hamınızı qıracaqlar, mənim sözümə baxın və çıxmayın. Belə tədbirlər digər müəssisələrdə də aparıldı və məhbusları sakitləşdirmək mümkün oldu.

Əgər belə olmasaydı daha çox günahsız insan qırılardı. O gecə çoxlarının həyatının xilas olunması üçün görülən işlər öz bəhrəsini verdi.

Bəli! Vəzirov xalq hərəkatının “Vəziryan-istefa! İstefa! İstefa!” tə-ləblərinə tab gətirməyərək xəyanət yolunu seçdi, Bakıya qoşun yeridərək 20 yanvar qırğınını törədib xalqdan qisasını aldı və o da, çağırdığı əməliy-yat-istintaq briqadası rəhbərliyinin yanına – Moskvaya qaçıb müvəqqəti

canını qurtara bildi. Onun ardınca isə Ayaz Mütəllibov hakimiyyətə necə gəldisə, eləcə də öz dostu Vəzirovun yanına qaçdı. Lakin onlar xalq müha-kiməsindən heç yerə qaça bilmədilər.

20 yanvar xalqımızın milli faciəsi, həm də qan yaddaşıdır, qəhrəman-lıq səlnaməsidir. Bu hadisələr barədə KİV-də, mətbuatda silsilə materialla-rın təşkil edilməsi çox vacib məsələdir, təqdirə layiqdir. Çünki 20 yanvar gecəsi heç vaxt unudulmamalıdır, yaddaşlara əbədi həkk olunmalıdır. Bu-nun üçün hələ çox işlər görülməlidir.

Bu məsələ tam araşdırılmalıdır. Günahkarlar xalqa tanıdılmalıdır. Gələcək nəslə göstərilməlidir ki, xalqımızın dostu kimdir, düşməni kimdir. Hər kəs xalq qarşısında, öz vicdanı qarşısında məsuliyyətini dərk etməli, paklaşmalıdır, öz məsuliyyətini, mənəvi borcunu, vətəndaşlıq vəzifəsini unutmamalıdır.

Beləliklə etiraf həm cəsarət həm də müdriklik tələb edir. Əgər Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və onlara bənzər “demokratlar”, “azadlıq” carçıları təqsirlərini etiraf edib peşmançılıq çəkməyi və bundan ibrət dərsi götürməyi bacarsaydılar 20 yanvarda şəhid olanların ruhu qarşısında günahlarını bəlkə də az da olsa yüngülləşdirmiş olardılar. 

Əzim Piriyev

Bakı Biznes Universitetinin humanitar

elmlər kafedrasının müdiri dosent, 3-cü

dərəcə Dövlət müşaviri, Daxili İşlər Na-

zirliyinin əməkdar işçisi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ