SON DƏQİQƏ
» » Antibiotiklərdən düzgün istifadə etməmək hansı fəsadlara səbəb olur? TƏHLİL

Antibiotiklərdən düzgün istifadə etməmək hansı fəsadlara səbəb olur? TƏHLİL

Tarix:

20-11-2019, 13:37

/ 731 dəfə oxundu.
Antibiotiklərdən düzgün istifadə etməmək hansı fəsadlara səbəb olur? TƏHLİL

Avropa Birliyi ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib

Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi,  istehsalçıların mal və məhsul istehsalı zamanı qida təhlükəsizliyinə riayət edilməsi günümüzdə ən aktual məsələlər sırasındadır.  Elə bir neçə il əvvəl ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması da məhz bu zərurətdən irəli gəlirdi. Etiraf edək ki. sözügedən Agentlik fəaliyyət göstərdiyi qısa müddət ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə kifayət qədər işlər görüb və hazırda da qurumun uğurlu fəaliyyəti davam edir. Davamlı olaraq Qida Təhlükəsizliyi Agentliyinin paytaxtda və regionlarda həyata keçirdiyi monitorinqlər, araşdırmalar nəticəsində istehsal prosesində qida təhlükəsizliyini təmin etməyən, qeyri-qanuni fəaliyyət göstərən istehsal obyektlərinin fəaliyyəti və onların istehsal etdiyi məhsulların satışı qadağan edilib.  Hazırda da Qida Təhlükəsizliyi Agentliyinin  bu istiqamətdə uğurlu fəaliyyəti davam edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insan orqanizminə zərərli olan mal və məhsulları istehsal edən müəssisələri tapıb müəyyənləşdirmək, onlar barədə müvafiq ölçü götürməklə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də məqsədyönlü addımlar atır. Belə ki, Agentlik istər reklam çarxları hazırlamaq, istər silsilə yazılar dərc etmək və rubrikalar təşkil etməklə cəmiyyətə bu cür məsələlərə həssas yanaşmağı tövsiyə edir. Burada bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, Agentliyin fəaliyyəti dövründə ən çox aşkar edilən nöqsanlardan biri də insan orqanizmi üçün zərərli olan ət və ət məhsulları ilə bağlı olub. Belə ki, AQTA ötən müddət ərzində istər paytaxtda, istərsə də regionlarda bu cür ət və ət məhsullarının satışı ilə məşğul olan onlarla obyekt aşkar edərək onlar barəsində müvafiq ölçü götürüb. Burada bir məqamı da xüusi qeyd etmək lazımdır ki, heyvandarlıq və quşçuluqda sahibkarların bir qayda olaraq bəslədiyi heyvanın daha tez yetişməsi üçün müxtəlif antibiotiklərdən istifadə etməsi, daha dəqiq desək onlardan maksimum həddə istifadə də, dolayı yolla insanların qida təhlükəsizliyi üçün mənfi tendensiya hesab edilir. Ons görə də son vaxtlar qeyd edilən istiqamətə də xüsusi diqqət edilməyə başlanılıb.

Qida Təhlükəsizliyi Agentliyində hesab edirlər ki, heyvandarlıq və quşçuluq sahəsində antibakterial preparatlar əsasən infeksion xəstəliklərin müalicə və profilaktikası, yemləndirmədə kökəltmə məqsədilə işlədilir. Belə antibiotiklərə "antibiotik-stimulyatorlar" və ya "yem antibiotikləri" də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində heyvandarlıq və quşçuluq sahəsində çəki artımı məqsədilə 100 min tonlarla yem antibiotikləri sərf olunur ki, bu da təbabətdə müalicə məqsədilə işlədilən oxşar dərman maddələrini iki dəfədən çox üstələyir.

Heyvandarlıqda istifadə olunan yem antibiotikləri əsasən bakteriyalar tərəfindən fermentativ sintez olunan polipeptid mənşəli birləşmələrin qarışığıdır. Bu birləşmələr heyvan və ya quşların rasionuna əlavə edildikdə bağırsaqlarda patogen mikroorqanizmləri sıxışdırdığından, bağırsaq mikrobiontunun fəaliyyəti üçün əlverişli şərait yaratmış olur. Belə olduğu halda orqanizmdə həzm və metabolizmin dinamikası yaxşılaşmaqla, inkişaf prosesi sürətlənir. Nəticədə xəstəliklərin qarşısı alınır və çəki artımı yüksəlir.

Digər tərəfdən antibiotiklərin uzun müddət heyvan və quşların müalicəsi, profilaktikası və yemlənməsində istifadə edilməsi patogen və şərti patogen mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin artmasına, yəni bakteriya ştammlarının meydana gəlməsinə səbəb olur. Bioloji və antibakterial təsir xüsusiyyətinə görə antibiotiklərin tibb təbabətində, kənd təsərrüfatında (baytarlıqda) və qida sənayesinin müxtəlif sahələrində geniş istifadə edilməsi mikroorqanizmlərə görə qida zəncirinin müxtəlif mərhələlərində fəsadların yaranmasına gətirib çıxarır. Antibiotiklərin davamlı istifadəsi zamanı heyvan və insan orqanizmində fizioloji və immunobioloji müdafiə mexanizmlərinin pozulması halları, müxtəlif formalı allergiyalar, hiperhəssaslıq yaranır. Nəticədə orqanizmdə yeni patogen mikroorqanizmlər əmələ gəlir.

Antibiotiklərin kənd təsərrüfatında kortəbii və geniş istifadə olunması onların heyvan mənşəli qida məhsullarında (heyvan, quş və balıq əti, qaraciyər, süd, yumurta və s.) müəyyən miqdarda toplanmasına səbəb olur. Odur ki, insan sağlamlığının qorunması üçün heyvan mənşəli qida məhsullarında antibiotiklərin beynəlxalq standartların tələbləri çərçivəsində maksimum qalıq limitləri müəyyən edilib.

Avropa Birliyi ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib. 2017-ci ildən isə Avropa Komissiyası antibiotikorezistentliyin aradan qaldırılması məqsədilə bu maddələrlə davranma qaydalarına dair yeni fəaliyyət planı təsdiq edib. Araşdırmalar göstərir ki, antibiotiklərin heyvan və bitki mənşəli məhsulların istehsalında istifadəsi zamanı düzgün yanaşmalar olmasa, 2050-ci ildə insanlar arasında ölüm halları xərçəng xəstəliyi səbəbindən baş verən itkiləri üstələyəcək.

Antibiotiklərin "ağıllı tədbiqi" ilə heyvan mənşəli qida məhsullarının bu preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür. Bunun üçün heyvanlar üzərində hər bir antibiotikin baytarlarla məsləhətləşməklə təyinatına uyğun olaraq düzgün seçilmiş doza və müəyyən edilmiş müddət ərzində istifadəsi nəzərdə tutulur.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ