SON DƏQİQƏ
» » İsmayıllıda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

İsmayıllıda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

Tarix:

20-11-2019, 11:36

/ 1 378 dəfə oxundu.
İsmayıllıda 5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub

İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb. Avtomobil Yolları Dövlət Agentliyindən GunAz.az-a bildirilib ki, icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.

5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

скачать dle 12.1

Şərhlər