SON DƏQİQƏ
» » Əlibəyli xalqı və TV-ni təhqir etdi – Speys TV-dən açıqlama

Əlibəyli xalqı və TV-ni təhqir etdi – Speys TV-dən açıqlama

Tarix:

18-11-2019, 14:35

/ 1 355 dəfə oxundu.
Əlibəyli xalqı və TV-ni təhqir etdi – Speys TV-dən açıqlama

Tanınmış aparıcı Elçin Əlibəyli “El bizim, sirr bizim” verilişinin çəkilişləri zamanı Azərbaycan televiziya məkanını təhqir edib.

E.Əlibəyli sosial şəbəkələrdə yayımlanan video-çıxışında efirdən getdiyini bildirərək, televiziyalara qarşı kəskin fikirlər səsləndirib:

“Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün “Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”.

Məsələ ilə bağlı GunAz.az-a danışan Speys TV-nin redaktoru Kamil Şahverdi E.Əlibəylinin səsləndirdiyi fikirlərin efirə getmədiyini bildirib:

“Elçin Əlibəylinin sosial şəbəkədə paylaşdığı kadrlar Speys TV-nin efirində getməyib. Onun nə üçün elə dediyini və bu kadrları yaydığını bilmirəm. Hətta özü də efirdən uzaqlaşmayıb, hər halda, mən belə bilirəm. Xəstəxanada olduğu üçün onunla danışa bilməmişəm. Məsələni aydınlaşdırırıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ