SON DƏQİQƏ
» » “Əvəzsiz sərvətlərimiz işğalçılar tərəfindən talan edilib”- RƏYLƏR

“Əvəzsiz sərvətlərimiz işğalçılar tərəfindən talan edilib”- RƏYLƏR

Tarix:

13-11-2019, 14:26

/ 395 dəfə oxundu.
“Əvəzsiz sərvətlərimiz işğalçılar tərəfindən talan edilib”- RƏYLƏR

Gövhər Baxşəliyeva: "Xalqımızın müstəsna sərvəti olan həmin əlyazmaları ölkəmizə qaytarmalıyıq"

Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, müzakirəyə təqdim olunan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanun  layihəsi yetərincə təkmil, bütün parametrlər üzrə büdcə sistemi haqqında qanuna müvafiq hazırlanmış ciddi sənəddir. İlk dəfə olaraq icmal büdcənin gəlirləri 27 milyard 533 milyon manat, xərcləri 29 milyard 488 milyon təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 7,7 % çoxdur. Önəmlidir ki, neft gəlirlərinin xüsusi çəkisi azaldılaraq, qeyri-neft gəlirləri artıb, qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir. Digər önəmli məsələ ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və s. Addımlardır: "Büdcə sosialyönümlüdür, bu isə o deməkdir ki, əhaliyə ödənişlərin məbləği artacaq, müxtəlif proqramlar həyata keçiriləcək, o cümlədən özünüməşğulluq daha da genişlənəcək. Təqdirəlayiqdir ki, ölkədə manatın dayanıqlığı diqqət mərkəzindədir, son üç ildə manatın xarici valyutaya nisbəti sabitdir". Onun sözlərinə görə, 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək ki, bu da  2019-cu illə müqayisədə 57,4 milyon manat yaxud 42,1 faiz çoxdur. Prezidentimizin akademik Akif Əlizadə ilə görüşündə dediyi sözlər elmi ictimaiyyət arasında böyük ruh yüksəkliyi yaratmışdır: "Konkret olaraq 2020-2023-cü illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri haqda danışmaq istərdim. Humanitar və ictimai elmlər sahəsində nəzərdə tutulan üç müddəa aşağıdakı kimi ifadə edilib: Azərbaycan dövlətinin aparıcı ideologiyası olan, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş azərbaycançılığın strateji istıqamət kimi multidıssıplinar səviyyədə tədqiqinin təşkili; Mədəni, iqtisadi və arxeoloji elmi irsin qorunması və tədqiqi: aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası; Azərbaycan əhalisinin müxtəlif qruplarının etnogenezinin, etnomədəni simasının, müasir etnik proseslərin, Qafqazda qarşılıqlı tarixi-mədəni əlaqələrin kompleks tədqiqatları". Millət vəkili əlavə edib ki, Azərbaycan xalqı çox qədim və zəngin mədəniyyətə malikdir. Və əgər anadilli şifahi ədəbiyyatımız qədim əfsanə, dastan, bayatı, epos və s.-dən ibarətdirsə, yazılı şeirimiz İzzəddin Həsənoğludan, yəni XIII əsrdən etibarən zəmanəmizə gəlib çatıb: "Amma anadilli yazılı abidələrindən qat-qat əvvəl, hələ VIII əsrdən başlayaraq azərbaycan türkləri xilafətin aparıcı dili-ərəb dilində əsərlər yazmağa başladılar. Bu əsərlər nəsr, şeir, habelə o vaxtkı elmin bir çox sahələrini əhatə etmişdir. Beləliklə, əslən azərbaycanlı olan ədib, şair və alimlər öncə ərəb dilində, daha sonra fars dilində minlərlə çox dəyərli əsərlər yaratmışlar və bununla da  günümüzdə islam sivilizasiyası adlanan müştərək müsəlman mədəniyyətinə minlərlə əvəzsiz töhfələr vermişlər.Təəssüf ki, əsrlərlə xalqımızın milli müstəqilliyi olmadığı üçün bu əvəzsiz mədəni sərvət yadelli işğalçılar tərəfindən talan edilmiş, dağıdılmış, yandırılmış, salamat qalan nüsxələr isə işğalçı dövlətlərə daşınmışdır.Bu gün xalqımızın əvəzolunmaz sərvəti olan o əlyazmalar bir çox Qərb və Şərq ölkələrinin kitabxana, arxiv, əlyazmalar fondu və muzeylərinin bəzəyidir.Düşünürəm ki, xalqımızın müstəsna sərvəti olan həmin əlyazmaları ölkəmizə qaytarmalıyıq. Aydındır ki, bu əsərlərin əslini əldə etmək müşkül məsələdir. Belə olan halda, onların surətləri Azərbaycana gətirilərək, vahid mərkəzdə toplanmalıdır.Bunu etdikdə biz xalqımızın çoxəsrlik mədəni irsini bundan sonra da dağıdılmasının qarşısını alarıq və onların hərtərəfli tədqiqi üçün şərait yaradırıq".

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, büdcə müzakirələrinin formatı dəyişməlidir. Hər bir nazir öz strategiya və büdcəsi ilə parlamentə gəlməli, sahəsi üzrə büdcə sifarişlərini əsaslandırmalı, bu xərcləmələr sayəsində iqtisadiyyatın və cəmiyyətin nə fayda götürəcəyini əsaslandırmalı, Parlamentin suallarına cavab verməlidir. Bütün normal ölkələrdə belədir: "2019-cu ilin büdcəsində üçün 232 mln. manat sanksiyalar üzrə daxil olacaq məbləğ proqnozlaşdırılırdı. İndi çıxarılması müsbət addımdır. Çünki vətəndaşın öncədən davranışını proqnozlaşdırmaq bir çox qurumlara prosesə plan doldurma kimi baxmasına gətirib çıxarırdı.Tutaq ki, bələdiyyələrə 6 mln. man. ayrılıb. Daha artıq ayrılsaydı nə dəyişəcəkdi? Yaxşı olardı ki, bələdiyyələri büdcədən vəsait gözləyən qurum olmaqdan çıxarıb özü pul qazanan və keyfiyyətli xidmət göstərən qurumlara çevirək. Subvensiya formasında ayrılan 1 milyon manat maliyyə dəstəyi cəmi 4 bələdiyyəyə ayrılıb. Qalan bələdiyyələr nə etməlidirlər? Başqa bir məsələ, Azərbaycanda tibbi ləvazimatların idxalı zamanı Səhiyyə nazirliyindən rüsum ödənərək (dərman üçün 175 manat+18%, tibbi texnika 285man.+ 18%, tibbi ləvazimat 186 man. + 18%) icazə alınır. Gömrük vergisi 18-22% arası. Satış olunan ləvazimatlarda əgər sadələşdirilmiş vergi ödəyicisi isə 2% (illik 200 000 manatlıq dövriyəyə qədər) hansı ki, 95% şirkətlər bu rəqəmin üzərində dövriyyə edir və 200 000 manatlıqdan çox dövriyyədə isə 18% ƏDV ödənilir.Misal üçün, 10.000 manatlıq tibbi sərfiyyat alınırsa, Gürcüstan: tır başına 230 AZN, gömrük- 500 AZN. Toplam 730 AZN, Türkiyə: toplam 1170 AZN, Rusiya: toplam 750 AZN ödənilir.Azərbaycanda isə Səhiyyə icazəsi 219 AZN, gömrük-2200 AZN, ƏDV- 1800. Toplam 4419 AZN. Bu da həmin sərfiyyatın qiymətlərini kəlləçarxa çıxarır.Bizdə tibbi cuna (tənzif) istehsal edən müəssisələr var. Ölkəyə idxal olunan eyni adlı mallara əlavə gömrük rüsümü qoyulsa bu daxili istehsalçıları qorumağa çox böyük dəstək olar. Bizsə istehsal olunmayanları bahalaşdırırıq ki, inhisarçılar daha da varlansınlar". Millət vəkili həmçinin təklif edir ki, dövlət şirkətlərinin idarəetməyə verilməsinə ehtiyac var:  "Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konssesiya müqaviləsi əsasında idareətməyə verilməsi. Bu addım dövlət büdcəsinin yükünü azaldar, hökumətin bu şirkətlərin borclarını qaytarmaq riskini aradan qaldırar, daha keyfiyyətli və modern xidmət üçün imkan yaradar, vətəndaş və dövlət qarşısında daha hesabatlı və şəffaf şirkətlərin meydana çıxmasına, iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yaradar. Digər məsələ tibbi sığorta ilə bağlıdır. Dövlətin büdcdən ayırdığı məbləğ məlumdur - 900 milyon manatdan bir qədər çox. Bəs işləyənlərin və sahibkarların sığorta ödənişləri hesabına 2020-c ildə nə qədər yığım proqnozlaşdırılır? Ümumiyyətlə tibbi sığorta fondunun büdcəsinin gəlir və xərclər üzrə detallı məlumatlar əsasında digər iki sosial fond kimi parlamentdə təsdiqi olacaqmı? Başqa bir sual qeyri-rəsmi işləyənlərin və əmək qabliyyətli yaşda qeyri-iqtisadi fəal əhalinin taleyi ilə bağldıır. Bu insanların tibbi sığortasını dövlət üzərinə götürməsə, onların da hökumətin müəyyən etdiyi 120 manatı özlərinin ödəmək imkanı olmasa, onları taleyi necə olacaq? Bu vəziyyət ciddi sosial narazılıqlara rəvac verməyəcək ki?".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər