
Hindistan-Pakistan sərhədində gərginlik artmaqda davam edir. Kolorado Bulder və Rutgers universitetlərinin alimləri bir araşdırmanın nəticəsini yayımlayıblar. Araşdırmaya əsasən, nüvə silahına sahib olan iki ölkə müharibəyə girsə, 50-125 milyon arası insan ölə bilər.
Həm Hindistanın, həm də Pakistanın 150 nüvə başlığına sahib olduğu bildirilir. Araşdırmada qeyd edilib:
"Müharibə olsa, təkcə bölgədə milyonlarla insan ölməz. Bu müharibənin nəticəsi iqlimə də təsir edər və bəlkə də sonuncu dəfə Buzlaşma dövründə görünən hava dəyişikliyi ilə üz-üzə qala bilərik.
GunAz.az
N.SAFURA