SON DƏQİQƏ
» » Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Tarix:

5-11-2019, 17:00

/ 1 886 dəfə oxundu.
Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata əsasən, noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

скачать dle 12.1

Şərhlər