SON DƏQİQƏ
» » Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Tarix:

30-10-2019, 18:10

/ 1 448 dəfə oxundu.
Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə (DMX) ünvanlanan bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Zaqatalada səyyar xidmət keçirilib.

DMX-dən GunAz.az-a bildiriblər ki, Şəki Regional Miqrasiya İdarəsi könüllülərinin də yaxından iştirak etdikləri səyyar xidmətin imkanlarından 31 nəfər yararlanıb. Bir nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd, 18-nə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 4 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. Bundan başqa, 8 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, iş icazələrinin alınması ilə bağlı müraciət üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

скачать dle 12.1

Şərhlər