SON DƏQİQƏ
» » Qarın və beldə yığılan piyləri əridən vitamin

Qarın və beldə yığılan piyləri əridən vitamin

Tarix:

29-10-2019, 19:10

/ 1 428 dəfə oxundu.
Qarın və beldə yığılan piyləri əridən vitamin

Hollandiya alimləri qarın və bel nahiyəsində piylərin yığılmasının səbəbini araşdırıb.

Arıqlamağa cəhd göstərən insanlar bilir ki, qarın və bel nahiyəsində yığılan piy ən gec "əriyən" piydir. Buna abdominal piylənmə deyilir. Abdominal piylənmə kosmetik qüsur yaratmaqdan əlavə bir çox ağır xəstəliklərin, o cümlədən, şəkərli diabet, xərçəng və s., riskini artırır.

Alimlər araşdırma zamanı aşkar ediblər ki, abdominal piylənmənin səbəbi orqanizmdə D vitamininin çatışmazlığıdır.

GunAz.az xəbər verir ki, alimlər abdominal piylənmədən əziyyət çəkənlərə orqanizmdə D vitamininin səviyyəsinə nəzarət etməyi və D vitamini ilə zəngin olan qidaları pəhrizə daxil etməyi tövsiyə edirlər.

Belə qidalar arasında:
- balıq yağı
- balıq
- yumurta sarısı
- kərə yağı
- holland pendiri

Vitamin D həmçinin gün şüaları təsirindən insan orqanizmində sintez olunur.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ