SON DƏQİQƏ

“Nizami” kinoteatrı sökülür... - Foto

Tarix:

28-10-2019, 12:01

/ 981 dəfə oxundu.
“Nizami” kinoteatrı sökülür... - Foto

Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

GunAz.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev məlumat yayıb. O bildirib ki, bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək:

“Üç zaldan ibarət olacaq kinoteatr şəhərin 70 illiyi ərəfəsində, yaxın zamanlarda kinosevərlərin ixtiyarına veriləcək. Sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ