SON DƏQİQƏ
» » Akademik Heydər Əliyev Ordeni ilə təltif olunub?

Akademik Heydər Əliyev Ordeni ilə təltif olunub?

Tarix:

24-10-2019, 16:43

/ 1 858 dəfə oxundu.
Akademik Heydər Əliyev Ordeni ilə təltif olunub?

Bəzi kütləvi informasiya vasitələrində yanlışlığa yol verib yazırlar ki, guya mən Heydər Əliyev Ordeni ilə təltif edilmişəm. Bu, düzgün deyil.

Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Akademik bildirib ki, Prezident İlham Əliyevin 10 may 2019-cu il tarixli sərəncamı ilə o, Heydər Əliyev Mükafatına layiq görülüb: “Bu mükafatdan əvvəl isə mən keçmiş SSRİ-nin və bir sıra xarici ölkələrin bir sıra ordenləri, müstəqil Azərbaycanın “İstiqlal”, “Şərəf”, “Şöhrət”, 1-ci dərəcəli “Əmək” ordenləri, ölkə Prezidentinin Fəxri diplomu ilə təltif edilmişəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ