SON DƏQİQƏ

Azərbaycanda saxta şprislər satılır -DİQQƏT

Tarix:

18-10-2019, 14:52

/ 1 332 dəfə oxundu.
Azərbaycanda saxta şprislər satılır -DİQQƏT

Hazırda bir çox yerlərdə saxta şprislər satılır.

Bu barədə GunAz.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  məlumat verib.

“Bazarın bütün seqmentlərində saxta mallar var. Daxili İşlər Nazirliyinin içkilərlə bağlı işini yüksək qiymətləndirirəm. Hər kəs bu işə dəstək olmalıdır ki, proses davam etsin.

Eyni zamanda, saxta şprislər də satılır. Onların iki və üç hissəli olduğu üzə çıxıb. Belə ki, üç hissəli olan şprislər təhlükəlidir. Hazırda onların satış şəbəkəsini müəyyənləşdirmək üçün araşdırma aparırıq. Dövlət qarşısında bu məsələni qaldıracağıq. Hazırda təhlükəli şpirislər bazarın böyük bir hissəsini əhatə edib”, - deyə sədr bildirib.

Eyyub Hüseynov qeyd edib ki, hazırda saxta şprislərin satış yerlərini öyrənməyə çalışırlar:

“Əlimizdə məlumatlar olandan sonra lazımi orqanlara məlumat veriləcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ