
Xətai rayonunun Ukrayna dairəsində bir müddətdir tikilməkdə olan və forması, hürdürlüyü, pilləkənlərinin sayı ilə bağlı müxtəlif müzakirələrin getdiyi yerüstü keçiddə aparılan tikinti işlərinə fasilə verilib.
Ərazidə yaşayan sakinlərin GunAz.az-a verdiyi məlumata görə, artıq bir müddətdir ki, keçiddə heç bir iş görülmür. Ərazidə texnika və işçilər də gözə dəymir.
Məsələ ilə bağlı GunAz.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti davam edir:
“Hazırda zavod şəraitində keçidin aşırım hissəsi hazırlanır. Hazır olan kimi quraşdırılacaq. Ancaq bu müdət ərzində də işlər aparılır”.
A.Nəcəfli bildirib ki, yerüstü keçid ən geci növbəti ilin əvvəlində istifadəyə veriləcək.