SON DƏQİQƏ
» » Sabirabad və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

Sabirabad və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

Tarix:

17-10-2019, 20:51

/ 1 834 dəfə oxundu.
Sabirabad və ətraf rayonların əhalisinin diqqətinə - Pulsuz hüquqi yardım

Məlum olduğu kimi, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 19 oktyabr 2019-cu il tarixdə, "Femida" və 26 saylı Vəkil Bürosu tərəfindən Sabirabad rayonu, Gənclər Mərkəzində, saat 10:00-13:00-da Sabirabad və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ