SON DƏQİQƏ
» » Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlandı

Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlandı

Tarix:

23-12-2018, 20:06

/ 10 321 dəfə oxundu.
Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlandı

Bu gün Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsini rəhbər tutularaq cari ilin aprel ayında başlanılmış sənəd qəbulu nəticəsində 150 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürmüş və 3 saat davam edən imtahanda bilavasitə 138 nəfər iştirak etmiş, onlardan 106 nəfəri 60 və daha yüksək bal toplamışdır ki, bu da 76,8 faiz təşkil edir.

Ən yüksək nəticə göstərən namizəd 94 bal toplamışdır.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanından müvəffəqiyyət qazanmış namizədlərin siyahısı

скачать dle 12.1

Şərhlər