SON DƏQİQƏ

Samir Abbasov istefaya göndərildi

Tarix:

8-10-2019, 16:07

/ 1 868 dəfə oxundu.
Samir Abbasov istefaya göndərildi

Bu gün “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abbasov arasında görüş keçirilib.

GunAz.az xəbər verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” Samir Abbasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Abbasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ