SON DƏQİQƏ
» » Bu halda İrəvanın qaçmağa yeri qalmayacaq – Mixaylov

Bu halda İrəvanın qaçmağa yeri qalmayacaq – Mixaylov

Tarix:

8-10-2019, 09:00

/ 1 823 dəfə oxundu.
Bu halda İrəvanın qaçmağa yeri qalmayacaq – Mixaylov

Azərbaycanda atom elektrik stansiyası tikintisi layihəsi Moskva ilə Bakı arasında tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq.

GunAz.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Ekspertin sözlərinə görə, AES tikintisi hər şeydən əvvəl Azərbaycana böyük həcmdə rus investisiyasının qoyulmasıdır.

“Atom elektrik stansiyası – ölkələr arasında münasibətlərin tamamilə yeni mərhələsidir. Bu, yanacaq təchizatı, kompleks təhlükəsizliyin təminatı, uzun illər layihənin idarə olunmasıdır. Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunacaq”, - ekspert qeyd edib.

Dağlıq Qarabağ mövzusuna toxunan Mixaylov böyük iqtisadi investisiya layihələrinin həyata keçirilməsindən sonra uzanan münaqişənin həllinə bir qədər fərqli şəkildə baxılacağını vurğulayıb:

“Rusiya tərəfi Azərbaycanla birgə layihələrə nə qədər çox sərmayə qoysa, erməni tərəfi də bir o qədər tez başa düşəcək ki, dostlaşmaq lazımdır. Rusiya bütün fəaliyyəti ilə göstərir ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır və bundan sonra İrəvan üçün qaçmağa yer qalmır”.

Qeyd edək ki, Soçi görüşündə Moskva rəsmi Bakıya Azərbaycanda güclü atom elektrik stansiyası tikməyi təklif edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ