SON DƏQİQƏ
» » Qarabağ atlarının beynəlxalq festivaldakı çıxışı görənləri valeh edib

Qarabağ atlarının beynəlxalq festivaldakı çıxışı görənləri valeh edib

Tarix:

7-10-2019, 23:51

/ 1 223 dəfə oxundu.
Qarabağ atlarının beynəlxalq festivaldakı çıxışı görənləri valeh edib

Dünya Etnospor Konfederasiyasının dördüncü dəfə təşkil etdiyi Etnospor Mədəniyyət Festivalında Azərbaycanın Qarabağ atlarının ifası tamaşaçıların rəğbətini qazanıb.

Qarabağ atlarının çıxışı yüksək qiymətləndirilib.

Dünya Etnospor Konfederasiyası “Plovdan dönənin qaşığı qırılsın” şüarı ilə Atatürk Hava limanında təşkil edilən festivalın son günündə at idmanı sahəsində nümayişlər edilib.

Vətəndaşlar xüsusilə Azərbaycanın Qarabağ at şousuna böyük maraq göstəriblər. İdmançılar at üzərində bacarıqlarını nümayiş etdirib, akrobatik hərəkətlərlə tamaşaçıların alqışlarını qazanıblar. Şou zamanı Azərbaycanı təmsil edən rəqs qrupu da çıxışı ilə izləyicilər tərəfindən bəyənilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ