SON DƏQİQƏ

Mikayıl Müşfiqin yeni abidəsi qoyulub

Tarix:

3-10-2019, 10:25

/ 1 395 dəfə oxundu.
Mikayıl Müşfiqin yeni abidəsi qoyulub

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin yeni abidəsi qoyulub. 

Qaradağ Rayon İcra Hakimiyyətindən GunAz.az-a bildirilib ki, təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.

Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb. Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb.

Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub. 

Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.

Rəsmiyyə Heybətağaqizi

GunAz.az

 

скачать dle 12.1

Şərhlər