SON DƏQİQƏ

Bu gündən əmək pensiyaları 200 manat olacaq

Tarix:

1-10-2019, 11:23

/ 1 557 dəfə oxundu.
Bu gündən əmək pensiyaları 200 manat olacaq

Oktyabrın 1-dən  Azərbaycanda əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minir. Belə ki, Milli Məclisin "Əmək pensiyaları haqqında" qanuna etdiyi dəyişikliklə pensiyanın məbləği 40 manat artırılıb.Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilib: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. GunAz.az xəbər verir ki, bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir". Qeyd edək ki, bu iyulun 12-də Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər