SON DƏQİQƏ
» » Elektrik enerjisinin limiti artırıla bilər? – Ekspert açıqladı

Elektrik enerjisinin limiti artırıla bilər? – Ekspert açıqladı

Tarix:

30-09-2019, 15:25

/ 883 dəfə oxundu.
Elektrik enerjisinin limiti artırıla bilər? – Ekspert açıqladı

Əgər biz bu məsələni iqtisadi konteksdə qiymətləndirsək, deyə bilərik ki, elektrik enerjisinin limitinin artırılması üçün dövlətimizin kifayət qədər imkanları var.

Bu sözləri GunAz.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov elektrik enerjisinin limitinin artırılması ilə bağlı gedən müzakirələrə münasibət bildirərəkən deyib. O, orta statistik Azərbaycan ailəsi üçün elektrik enerjisinin aylıq istehlak limitinin 300 kv/saatdan yuxarı qaldırılmasını məqbul hesab edib:

“Azərbaycan öz-özünü elektrik enerjisi ilə təmin edən azsaylı ölkələrdən biridir. Elektrik enerjisi istehsalının müəyyən hissəsi təbii qazın istehlakı yolu ilə həyata keçirilir. Təbii qazın da istehsalçısı Azərbaycanın özüdür. Düşünürəm ki, sosial-iqtisadi islahatları ilə seçilən Azərbaycan dövləti elektrik enerjisinin əhaliyə daha ucuz satılması üçün də addım ata bilər. Rəsmi qurumlar əhalinin böyük əksəriyyətinin aylıq 300 kv/saat elektrik enerjisi istehlak etdiyini vuğulayır. Amma nəzərə almaq lazımdır ki, inkişaf gedir və əhalinin elektrik enerjisinə tələbatı da günü-gündən artır. Bura ölkədə qazlaşdırılmamış ucqar kəndləri, həmçinin Bakı şəhərindəki çoxmənzilli binaları da daxil etmək olar. Nəzərə alaq ki, əhalinin böyük əksəriyyəti həm qaz, həm də elektrik enerjsinin güzəştli limitindən istifadə etdiyi üçün limiti aşmır, ancaq yenitikililərin bir çoxunda, qaz olmayan binalarda sakinlər yalnız elektrik enerjisindən asılıdır və onlar bir çox hallarda limiti keçirlər. Hətta diferensiallıq da tətbiq edilə və qazla təchiz edilməmiş yaşayış massivlərində istehlakçılar üçün limitlər artırıla bilər”.

Ekspertin sözlərinə görə, hazırkı şəraitdə elektrik enerjisinin limitinin 500 kv/saata qədər artırılmasına ölkəmizin iqtisadi gücü imkan verir:

“Fikrimcə, bu işlə məşğul olan qurumların fəaliyyətinin şəffaflaşdırılması, səmərəliliyin artırılması ölkədə elektrik enerjisinin hasilatına sərf olunan xərclərin maya dəyərini aşağı sala bilər. Yəni istənilən halda mövcud şərtlər Azərbaycanda elektrik enerjisinin hətta limitsiz olaraq aşağı qiymətə satılması üçün imkanlar formalaşdırır. Amma limitin tətbiq edilməsi mütləqdirsə, bu zaman limitlər 500 kv/saata qədər artırıla bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ