SON DƏQİQƏ

Dişləri təbii yolla ağartmaq üsulu

Tarix:

28-09-2019, 14:34

/ 1 173 dəfə oxundu.
Dişləri təbii yolla ağartmaq üsulu

Güləndə dişlərinizin kifayət qədər parlaq görünmədiyindən narahatsınız? O zaman süni, kimyəvi vasitələrdən istifadə etməkdənsə, təbii ağardıcılardan istifadə edin.

Soda: Məlum olan ən populyar təbii diş ağartma metodudur. Dişləri ağartması ilə yanaşı ağızda bakteriyaları və digər mikrorqanizmləri öldürür, karyesi (diş daşı) təmizləyir.

Süfə duzu: Soda qədər güclü olmasa da, süfrə duzu da məlum olan diş ağardıcılarından sayılır. Dildəki bəzi mikroorqanizmləri öldürür. Anti-bakterial xüsusiyyəti olduğu üçün, bütün bakteriyaları təmizləyir. İntensiv müvazinətli istifadələrdə diş ətinin iltihabı ilə yaranmış şişə müsbət təsir edir.

Qliserin: Qliserinin çox gözəl anti-bakterial təsiri vardır. Bakteriyaların çox olduğu yerə bir damcı qliserin damızdırdıqda hamısını öldürür. Dişlərinizi ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edin. Dişinizin üzərinə sürtərək, dişlərinizi təmizləyin.

Banan qabığı: Banan qabığı iç tərəfində maqnezium və diş ağardıcı kimi faydalı elementlərlə boldur. Bananın iç tərəfi ilə dişlər sürtülür və sonra yenidən ağız yaxalanır.

3%-li pereks: Soda 1 hissə, 2 hissə su, 1 hissə pereks qarışdırılır. Həftədə 3-5 dəfə dişlər sürtülür. 1 həftə sürtüldükdən sonra 6 ay ara verilməlidir.

Alma sirkəsi: 3 hissə su, 1 hissə alma sirkəsi ilə dişləri yaxalamaq həm dişlərin ağarmaması, həm də diş ətinin möhkəmləndirilməsi üçün çox xeyirlidir.

Çiyələk və soda: Çiyələk, qanaxmanı dayandırır və diş diblərini möhkəmləndirir. Soda ilə çiyələk diş üzərindəki şərab, qəhvə ləkələrinə effekli təsir edir. Çox tez-tez istifadə etdikdə diş minasına zərər verər. Bu üsulu ayda bir və ya iki dəfə tətbiq edin. Dişlərinizi ağartmaq üçün limon suyu istifadə etməyin. Duzlu suya zeytun qoyaraq bir müddət gözlədin və daha sonra bu su ilə qarqara edin. Dişləriniz möhkəmlənəcək və diş əti qanaması varsa, aradan qaldıracaq. Yerkökü, gül kələmi, alma, xiyar kimi meyvə-tərəvəzlər təbii diş təmizləyiciləridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ