SON DƏQİQƏ
» » “Pinqvin”lərin qadağan olunmasına razılıq verildi

“Pinqvin”lərin qadağan olunmasına razılıq verildi

Tarix:

25-09-2019, 16:25

/ 1 896 dəfə oxundu.
“Pinqvin”lərin qadağan olunmasına razılıq verildi

Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı ETSN-in təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib, hazırda razılaşdırılma mərhələsindədir.

GunAz.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Qurum rəsmisi bildirib ki, qeyd olunan təkliflər qəbul olunsa, onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail olmaq mümkündür.

"Ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan (pinqvin) istifadənin qadağan olunması ilə bağlı layihə razılaşdırılma mərhələsindən keçib, növbəti prosedurlara hazırlanır. ETSN vətəndaşlarımızı yenə də polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ