SON DƏQİQƏ
» » “Dost İş Mərkəzi”nin direktoruna nazirlikdə yüksək vəzifə verildi

“Dost İş Mərkəzi”nin direktoruna nazirlikdə yüksək vəzifə verildi

Tarix:

25-09-2019, 14:32

/ 1 502 dəfə oxundu.
“Dost İş Mərkəzi”nin direktoruna nazirlikdə yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus “Dost İş Mərkəzi” MMC-nin direktoru Niyazi Rəhimov nazirliyin aparat rəhbərinin müavini təyin olunub.

Bu barədə GunAz.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

“Dost İş Mərkəzi” MMC-nin direktor vəzifəsini Niyazi Rəhimovun müavini Firudin Cəbrayılov icra edir.   

Qeyd edək ki, “Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adıçəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. 

скачать dle 12.1

Şərhlər