SON DƏQİQƏ
» » “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın rolu

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın rolu

Tarix:

25-09-2019, 12:34

/ 1 864 dəfə oxundu.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın rolu

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycana böyük iqtisadi və siyasi dividentlər qazandıracaq.

Bu sözləri GunAz.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycanın rolu barədə danışarkən deyib. O bildirib ki, bunu son bir neçə il ərzində dəhlizin reallaşması istiqamətində görülən mühüm işlər təsdiqləyir:

“Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi infrastrukturunu davamlı surətdə təkmilləşdirir. Bu nəqliyyat dəhlizi bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Bu layihə Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur”.

Millət vəkili bildirib ki, sözügedən nəqliyyat dəhlizinin fəaliyyəti nəticəsində Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək:

“Layihə qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və onları dəmir halqalar kimi bir-birinə bağlayacaq. Belə ki, nəqliyyat dəhlizinin istifadəyə verilməsi möhkəm sistem yaradaraq Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq. Bunun nəticəsində Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda aparıcı mövqeyini daha da möhkəmləndirəcək”.

Qeyd edək ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ