SON DƏQİQƏ
» » Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə - Xəbərdarlıq

Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə - Xəbərdarlıq

Tarix:

21-09-2019, 12:28

/ 1 180 dəfə oxundu.
Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə - Xəbərdarlıq

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə xəbərdarlıq edib.

Agentlikdən GunAz.az-a verilən məlumata görə, qurum bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər: "Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ