
Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə rayonun Yeni Bakı küçəsində qeydə alınıb.
Belə ki, 3 VAZ-2107 markalı avtomobil və 1 VAZ-21015 markalı minik avtomobili toqquşub.
Hadisə zamanı sürücülərdən ikisinin yüngül dərəcəli xəsarət aldığı bildirilir.