SON DƏQİQƏ

Nazir cinayətkarlıqla mübarizədən danışdı

Tarix:

16-09-2019, 19:30

/ 624 dəfə oxundu.
Nazir cinayətkarlıqla mübarizədən danışdı

Azərbaycanda qəsdən adam öldürmələr və öldürməyə cəhdlərin sayında azalma müşahidə edilib.

GunAz.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında məlumat verib.

Nazir V.Eyvazov cari ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanıldığını diqqətə çatdırıb. O, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ