SON DƏQİQƏ
» » Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Tarix:

12-09-2019, 20:30

/ 2 006 dəfə oxundu.
Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən GunAz.az-a bildiriblər ki, növbəti satış xidməti sentyabrın 13-də Gədəbəyin Saratovka kəndində, 14-də isə Samux rayonunun Poylu kəndində həyata keçiriləcək.

Səyyar satış zamanı tələb olunan sənədlər təqdim edilməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə almaq mümkündür.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi və (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.

скачать dle 12.1

Şərhlər