SON DƏQİQƏ
» » Elinanın ölüm işi: Mülki iddia qaldırıldı - Məhkəmə

Elinanın ölüm işi: Mülki iddia qaldırıldı - Məhkəmə

Tarix:

12-09-2019, 13:10

/ 1 844 dəfə oxundu.
Elinanın ölüm işi: Mülki iddia qaldırıldı - Məhkəmə

Təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

GunAz.az xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı 100 min manat dəyərində mülki iddia qaldırıb. Hakim mülki iddianın araşdırılması üçün icraata götürüb.

Məhkəmə baxışı sentyabrın 18-nə təyin olunub.

скачать dle 12.1

Şərhlər