SON DƏQİQƏ
» » Sərdar Cəlaloğlu: “Hakimiyyət müxalifəti özündən kənar qoymamalıdır”

Sərdar Cəlaloğlu: “Hakimiyyət müxalifəti özündən kənar qoymamalıdır”

Tarix:

10-09-2019, 08:52

/ 1 308 dəfə oxundu.
Sərdar Cəlaloğlu: “Hakimiyyət müxalifəti özündən kənar qoymamalıdır”

“Müxalifət parlamentdə, efirdə olmalı, iqtidarla debatlara getməli, dialoqlar təşkil edilməlidir”

Müxalifəti zəif olan ölkələr hər şeyə qadir olmurlar. O ölkələrdə klassik, sivil və sekulyar müxalifət güclü fəaliyyət göstərə bilirsə, həm dövlətlərin inkişafı, həm milli təhlükəsizliyin təminatı baxımdan müsbət nəticələr verir. Çünki müxalifət dövlətin sütunudur, milli maraqları hər zaman üstün tutur, kənar təsirlərə uymur, dövlətçilik anlayışı olur, hətta iqtidarın düşdüyü kritik geosiyasi şəraitdən çıxmasında böyük dəstəyi olur.

Bu baxımdan sınaqdan çıxmış, ənənəvi müxalifətlərin güclənməsinə, onların siyasi fəaliyyətinin buxovlanmasına imkan verməməli, parlamentdə yer almasına şərait yaradılmalıdır.

Söhbət heç də sistemə və hakimiyyətə xidmət edən müxalifətçilikdən getmir. Sadəcə, sivil müxalif partiyaların aktiv, güclü olması dövlətin üzləşə biləcəyi milli təhdidlərə önləyə bilər. Əks təqdirdə, zəif, həlqəsi daralmış müxalifətin yerini radikalizm, başqa paytaxtlara bağlı ideologiyalardan qidalanan qüvvələr, şiddət, söyüş, qisasçılıq xəttini özünə ana kurs seçən marginal qruplar tutmağa başlayır. Necə ki, son illərdə Azərbaycanda ənənəvi müxalifətin kifayət qədər zəifləməsi bu problemləri meydana çıxarıb. Bəs necə etməli? Ölkəni milli təhlükələrdən sovuşdurmaq üçün hansı addımlar atılmalıdır?

ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ölkələrin qüdrəti onun siyasi gücü ilə ölçülür. ADP lideri hesab edir ki, müxalifət siyasi institutdur, kadr bankıdır, dövlətə siyasətçilər yetişdirir.

“Bizdə bunu qəbul eləmədilər. Müxalifət dövlətçi kadrlar hazırlayır, alternativ ideyalar verir. İndiki halda müxalifət zəifdirsə, bunu dövlətçiliyin zəifləməsi kimi qiymətləndirmək lazımdır”.

S.Cəlaloğlunun fikrincə, Azərbaycanda siyasi münasibətlər düzgün qurulmayıb: “Müxalifət parlamentdə, efirdə olmalıdır, iqtidarla debatlara getməlidir, dialoqlar təşkil olunmalıdır, hakimiyyət bir neçə partiya lideri ilə məsləhətləşmələr aparmalıdır. Bu, milli təhlükələri qabaqlamaq üçün siyasətdə ən zəruri həqiqətlərdir”.  S.Cəlaloğlunun sözlərinə görə, hakimiyyət müxalifəti özündən uzaqlaşdırmaqla milli təhlükələrdən necə qorunmağın yollarını öyrənməyi rəqib düşərgədən məhrum edir:

“Tutaq ki, biz müxalifət olaraq məlumatsızıq, bilmirik ki, ölkəni gözləyən milli təhlükələrdən necə müdafiə olunaq, hansı işlər həyata keçirək. Əgər biz bunları bilmiriksə, seçkidə qalib gəlib iqtidar olanda necə işləyəcəyik? Yəni hakimiyyət müxalifəti özündən kənar qoymamalıdır. Məsələn, Heydər Əliyevin vaxtında müxalifətlə görüşlər olub. Bu gün iqtidara bəzi qüvvələr müxalifətlə ünsiyyətə getməyə imkan vermir”.

ADP sədri hesab edir ki, iqtidarla müxalifət milli məsələlərdə müzakirələr aparmalıdır: “Süni surətdə iqtidar-müxalifət münasibətlərini pisləşdirənlər var.  Onlar təkcə iqtidarda deyil, müxalifətdə də var. Bu münasibət xarici qüvvələrin xeyrinə işləyir. Elə münasibət qurulmalıdır ki, dialoq mühiti yaransın. Ona görə də Rusiya, İran, Qərb dairələrində bu düşmənçilikdən istifadə edə bilən, müstəqilliyimizi istəməyən qüvvələr var”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ