SON DƏQİQƏ

Eternity-2019 təlimləri başa çatdı

Tarix:

6-09-2019, 15:01

/ 1 277 dəfə oxundu.
Eternity-2019 təlimləri başa çatdı

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən Eternity-2019 kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Eternity-2019 kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ