SON DƏQİQƏ
» » Bakıda jurnalisti döyən şəxsə cinayət işi açıldı

Bakıda jurnalisti döyən şəxsə cinayət işi açıldı

Tarix:

29-08-2019, 16:50

/ 1 900 dəfə oxundu.
Bakıda jurnalisti döyən şəxsə cinayət işi açıldı

Baş Prokurorluq Bakıda jurnalist Zülfüqar Xeyirxəbərovun döyülməsi faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq edən Seymur Mustafazadə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilir. 

Belə ki, xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, jurnalist Zülfüqar Xeyirxəbər avqustun 25-i, axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirilib.

скачать dle 12.1

Şərhlər