SON DƏQİQƏ

Zakir Həsənov Şoyquya başsağlığı verdi

Tarix:

10-08-2019, 10:46

/ 1 832 dəfə oxundu.
Zakir Həsənov Şoyquya başsağlığı verdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı məktubu ünvanlayıb.

GunAz.az məktubun mətnini təqdim edir:

“Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ