SON DƏQİQƏ

Dünya şöhrətli musiqiçi Bakıya gəlir

Tarix:

7-08-2019, 11:26

/ 2 007 dəfə oxundu.
Dünya şöhrətli musiqiçi Bakıya gəlir

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.

Azərtac xəbər verir ki, konsert Ü. Hacıbəyli XI beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Konsertdə F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək.

скачать dle 12.1

Şərhlər