SON DƏQİQƏ

Dırnaq xəstəlikləri haqqında

Tarix:

5-08-2019, 21:10

/ 3 782 dəfə oxundu.
Dırnaq xəstəlikləri haqqında

Dırnaqların üzərinin, ətinin və ətrafının patoloji dəyişikliyi ciddi maddələr mübadiləsi, infeksiya və ya somatik xəstəliklər səbəbindən yarana bilər.
Təcrübəli həkim artıq dırnağın rəngi, forması, vəziyyətinə görə bir neçə patologiyanı ayırd edə bilir. Daha çox rast gəlinən dırnaq problemi göbələkdir. Gecikmiş mərhələdə çox ağır və gec sağalır. 
Dırnaqlarınıza baxıb, hansı xəstəliklərdən əziyyət çəkdiyinizi anlamağa çalışın. GunAz.az dırnaqlarda yaranmış simptomlara görə nədən əziyyət çəkdiyinizi araşdırıb.

Dırnaqlar dəri ilə bağlıdır, dəri altı toxumada gedən oksigen, mineral, vitamin, maddələr mübadiləsi sayəsində uzanır. 
Dırnaqlar sağlam görünüşdə deyilsə, deməli, orqanizmdə nəsə düzgün getmir. 
Dırnaq xəstəlikləri birincili olub, əvvəlcə dırnaq ətrafı dəri və dırnaq üstü plastin zədələnir. 
Ikincili dəyişimdə isə dırnaqlar tamamən distrofikləşir.

1. Ən əsas səbəblərdən biri infeksiyalardır.
Dırnaqlar virus və mikrob infeksiyaları ilə zədələnə bilər. 

2. Travmatik zədələnmə - həmçinin, dırnaqların dişlə qoparılması.

3.İnfeksion olmayan səbəblər – hipoksiya, həzm və tənəffüs sistemində xəstəliklər, ürək problemləri, dəri xəstəlikləri
Səbəb nə olursa olsun, dırnaqların plastinində, dibində, dərisində, rəngində, inkişafında qüsurlar yaranır.
" Hippokrat dırnaqları” – barmaq falanqının enlənməsi, dırnaq plastininin genişlənməsi, ölmüsünür normadan böyük olması, dairəvi forma alması, saatın yumru şüşəsini xatırlatması. 

Mikroniximiya – dırnaq ölçüsünü kəskin, qəfil azalması, kiçilməsi


Onixoqrifoz – dırnağın quş caynağına bənzəməsi, səthinin buynuz kimi sərt olması, bozumtul rəng alması

Skleronoximiya – dırnaq plastini şəffaflığını itirir, qabalaşır, uzanır, böyüyür, tünd sarı rəng alır, bərkləşir. 
Patologiya dərinləşdikcə, dırnaq qaralması, laylanması, soyulması, mərkəzinin yumşalması baş verir.

Platoniximiya – dırnaqlar çox hamarlaşır, güzgü kimi parıldayır, ovallığını itirir.

Anonixiya – tipik distrofik dəyişikliklərdir. Dırnaq plastini bir və ya bütün barmaqlarda olmur, yaranmır.

Qaplonixiy – dırnaqların yumşalması, asan əyilməsi, laylanması, yelpik forması alması. Dırnağın ortasında 1 mm ölçüsündə dəlik yarana bilər.
Dırnaq göbələyi – həm əl, həm ayaq dırnaqlarını zədələyə bilər. Göbələk olan dırnağın kutikulu iltihablı olur, barmaqların dərisi də ağımtıl olur.

Göbələyin növündən, xəstəliyin ağırlığından asılı olaraq, dırnaq plastini tamamən ətdən ayrıla bilər, qabarcıqlar yaranar, dırnaqlar tam əyilib, qarala bilər. 
İnfeksion xəstəliklərdə dırnağın aldı irinləyə, ətraf dəri qızara bilər. Dırnağa basdıqda ağrı olur.

Göründüyü kimi, dırnaq zədələnmələri, xəstəlikləri o qədər çoxdur ki, problemin səbəbini və müalicəsini yalnız peşəkar həkim təyin edə bilər.

Bunun üçün ilk öncə dermatoloq və terapevtə müraciət olunmalı, bir neçə analizlər vermək lazımdır. 
Dırnaqlarınızda yaranmış ən xırda dəyişikliyi belə nəzərdən qaçırmayın.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ