SON DƏQİQƏ
» » Qadın özünü 6-cı mərtəbədən atıb: Yenə nakam sevgi? - YENİLƏNİB

Qadın özünü 6-cı mərtəbədən atıb: Yenə nakam sevgi? - YENİLƏNİB

Tarix:

3-08-2019, 13:08

/ 1 428 dəfə oxundu.
Qadın özünü 6-cı mərtəbədən atıb: Yenə nakam sevgi? - YENİLƏNİB

Sevgi qadını radikal addım atmağa sövq edib. Bakının 28 yaşlı sakini Əliyeva Tamara Vaqif qızı intihara cəhd edib.

Bu barədə GunAz.az-a Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Xoşagəlməz insident axşam saatlarında Ayaz İsmayılov küçəsində baş verib. T.Əliyeva 67 saylı yaşayış binasının 6-cı mərtəbəsindən yıxılsa da, sağ qalıb.

Şəhər Kliniki Xəstəxanasının həkimləri xəsarət almış qadının vəziyyətini ağır kimi qiymətləndirirlər. Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

İlkin məlumata görə, T.Əliyevanın intihara cəhd etməsinə səbəb gənc oğlanla alınmayan münasibətləri olub.

05:31

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

Report”un məlumatına görə, Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Zərərçəkmişin vəziyyəti barədə hələ ki, məlumat yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ