SON DƏQİQƏ

Nazirlik cəbhə xəttində məşğələlər keçdi

Tarix:

2-08-2019, 10:39

/ 1 363 dəfə oxundu.
Nazirlik cəbhə xəttində məşğələlər keçdi

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və ön xətt bölmələrində komandir-rəis heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın, eləcə də hərbi intizamın möhkəmləndirilməsi sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, keçirilən məşğələlərdə və aparılan müzakirələrdə komandir-rəis heyətinə ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktik köməklik göstərilib.

Cinayət və digər hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması üçün müvafiq tövsiyələr verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ